4ffa3ef9-2d66-4880-9826-4171aa224ddb..jpg

Şamaxıda sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü ölüb

Baxış sayı: 719 dəfə baxılıb.

Şamaxıda sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü ölüb

Şamaxıda sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü vəfat edib.

DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, iyulun
12-də saat 22:30-da Şamaxı rayon sakini, 1969-cu il təvəllüdlü Kamal Rzayev
sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən
nəzarət-yoxlama qaydasında saxlanılıb.

Sürücünün iştirakı ilə avtomobil duracağa yerləşdirilib. Bu zaman sürücü özünü
yaxşı hiss etmədiyi üçün Təcili Tibbi Yardım çağırılıb və göstərilən tibbi
müdaxilələrə baxmayaraq ölüb.

Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, məhkəmə-tibb
ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə
yetirilib. Xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət müşahidə
edilməyib.

Araşdırmalar davam etdirilir.

Source link