Ötən gün leysan xarakterli yağışdan sonra yağan dolu Şamaxı rayonunun bir sıra kəndlərində fəsadlar törədib.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin məlumatına görə, Dəmirçi kəndi ərazisindən keçən Pirsaat çayında suyun səviyyəsinin artması nəticəsində taxıl və bostan sahələrini sel yuyub, ev quşları tələf olub.
Ərçiman kəndinə gedən yeganə yol çayın üzərindən keçdiyindən sürücülər çətin anlar yaşayıb.
Nağaraxana və Çuxuryurd kəndlərinə isə dolu düşüb. Dolu yeni çiçəklənmiş meyvə ağaclarına ziyan vurub.
Yağan yağış Şamaxı şəhərinin küçələrində qısamüddətli sel sularının yaranmasına səbəb olub.
Qeyd edək ki, güclü leysan bir saat davam edib.
.