14c38aaa-c64f-464a-a6c4-1e10b6e41db0..jpg

“Şamaxı”da üç məşqçi istefa verdi – YENİ TƏYİNATLAR

Baxış sayı: 341 dəfə baxılıb.

“Şamaxı”da üç məşqçi istefa verdi – YENİ TƏYİNATLAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şamaxı” klubunda baş məşqçi Ramiz Məmmədovun köməkçiləri məlum olub.

Bu barədə bölgə təmsilçisinin rəsmi saytında məlumat paylaşılıb.

Bildirilib ki, Məqsəd Yaqubəliyev köməkçi məşqçi, Mehman Baxışov fiziki
hazırlıq üzrə məşqçi, Elnar Kərimov isə qapıçı hazırlığı üzrə məşqçi təyin
edilib.

Zamir Həsənov, Ceyhun Rzayev və qapıçı hazırlığı üzrə məşqçi Şahin Hüseynov I
Liqa təmsilçisi ilə vidalaşmaq istədiklərini bildiriblər. Mütəxəssislərlə
müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, daha əvvəl Vüqar Əsgərli baş məşqçi postundan istefa vermişdi.

Source link