Şamaxıda yol qəzası: Ölən və yaralanan var

Şamaxıda yol qəzası: Ölən və yaralanan var

Baxış sayı: 2. 646 dəfə baxılıb.

Şamaxıda yol qəzası: Ölən və yaralanan var

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ÇıxışYolu.Com APA-ya istinadla xəbər verir ki, hadisə gecə saat 4:00 radələrində yolun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakini 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi “Qazel” markalı yük avtomobili qarşı tərəfdən gələn Göyçay sakini 1998-ci il təvəllüdlü Vasif Cabbarova məxsus “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər – Ucar sakini, 1968-ci il təvəllüdlü Sima Məmmədova və Göyçay sakini, 1985-ci il təvəllüdlü Elmin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Bundan əlavə sürücü, Göyçay sakini Vasif Cabbarov, Şamaxı sakinləri – sürücü Əflatun Feyzullayev, sərnişinlər 1991-ci il təvəllüdlü Nemət Feyzullayev ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

www.ÇıxışYolu.Com