39bdad3c-9127-4322-bc42-1736036450dc..jpg

Şamaxıdakı yaşayış binasına çirkab suları dolur – VİDEO

Baxış sayı: 469 dəfə baxılıb.

Şamaxıdakı yaşayış binasına çirkab suları dolur – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda yaşayış binasının zirzəmisi və həyəti çirkaba qərq olub.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Cavanşir Balayev küçəsində yerləşən
iki nömrəli yaşayış binası ötən əsrin 80-ci illərində inşa olunub. Üçmərtəbəli,
19 mənzilli binanın sakinləri antisanitar şəraitdə yaşayırlar.

Bu illər ərzində bir dəfə də olsun təmir edilməyən binanın kanalizasiya xətti
sıradan çıxıb. Xüsusilə də yağışlı günlərdə binanın zirzəmisi və həyəti çirkaba
qərq olub. Həmçinin bütün binanı üfunət iyi bürüyüb.

Sakinlər bildiriblər ki, binanın zirzəmisinə yığılan çirkab burada yaşayanlar
üçün xeyli problemlər yaradıb. Qoxudan və rütubətdən təngə gələn sakinlər
bununla bağlı aidiyyəti qurumlara bir neçə dəfə müraciət etsələr də, nəticəsi
olmayıb.

Ətraflı süjetdə:


Source link