44087715-6d8a-4971-997b-3fc3bcd415a5..jpg

“Şamaxı”nın baş məşqçisi: “Bütün oyunlar finala bərabər olacaq”

Baxış sayı: 675 dəfə baxılıb.

“Şamaxı”nın baş məşqçisi: “Bütün oyunlar finala bərabər olacaq”

“Bundan sonrakı bütün matçlar bizim üçün finala bərabər olacaq”.

“Report” xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Turan
Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIX tur
oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis gərgin görüş alındığını bildirib:

“Hər iki komanda 4-5 turdur qələbəyə həsrətdir. Rəqibə görə hazırlaşmışdıq.
Çünki “Turan Tovuz”un evdə yaxşı müdafiə olunduğunu bilirdik. Futbolçular
tapşırıqları düzgün yerinə yetirdilər və layiqli xal qazandıq. Ard-arda ağır
oyunlar olacaq, stress var. Mövsümün sonuna yaxın aşağı pillələrdə qərarlaşmaq
çətindir”.

Əsgərli bütün görüşlərə qələbə əzmi ilə çıxdıqlarını vurğulayıb:

“Bizim üçün 1 xal da kifayət edir. Amma rəqibin kimliyindən asılı olmayaraq,
bütün oyunlara qələbə üçün çıxırıq. Çünki hər xal klubun taleyini həll edir.
Düşünürəm ki, heç-heçə ədalətli nəticə idi“.

O, növbəti iki turda “Sumqayıt” və “Kəpəz”i evdə qəbul edəcəklərini xatırladıb:

“Evdə oynayacağıq və doğma azarkeşlərimiz önündəki qarşılaşmalarda qələbə
qazanmağa çalışacağıq. Bütün oyunlara eyni formada hazırlaşırıq. Həqiqətən də,
çox vacib görüşlər olacaq”.

Source link