Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışları üzrə püşkatma baş tutub.
ÇıxışYolu.Com-ın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün start götürəcək samboçuların mübarizəsi iki gün davam edəcək. 18 dəst medal uğrunda mübarizə aparan idmançılar yarışa 1/4 finaldan başlayacaqlar.
Təmsilçilərimizdən dördü yarışın ilk günü, üçü ertəsi gün xalça üzərinə çıxacaq.
1/4 final 22 iyun
Kişilər
57 kq
Mehman Xəlilov – Vladislav Buroz (Belarus)
68 kq
Emil Həsənov – Laslo Jolt-Soke (Rumıniya)
82 kq
Ceyhun Hüseynov – Besarionu Berulava (Gürcüstan)
Qadınlar
72 kq
Gözəl Zutova – Kamil Laros (Fransa)
23 iyun
Kişilər
52 kq
Ağasif Səmədov – Qintaras Katkus (Litva)
62 kq
Cavidan Qarayev – Savvas Karakizidis (Yunanıstan)
74 kq
Abdulla Abdullayev – Dino-Dominik Sumpor (Xorvatiya)