cdb67627-e9f7-4564-9fb9-9d1a46aa215e..jpg

Şamil Süleymanlı: “Alatava” serialındakı roluma görə bu yaşımda söyülürəm”

Baxış sayı: 427 dəfə baxılıb.

Şamil Süleymanlı: “Alatava” serialındakı roluma görə bu yaşımda söyülürəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Alatava” serialındakı roluma görə bu yaşımda söyülürəm. Amma gənclərin
sırasındayam, onlarla bir yerdə söyülürəm”.

Bunu Xalq artisti Şamil Süleymanlı çəkildiyi serial barədə Moderator.az-a
danışarkən deyib.

“Qocalar cəbhəsi məni cavanlar cəbhəsində söyür. Kim qələbə çaldı? Əlbəttə ki,
gənclər! Bu filmdə London küçələrində olan avaraların həyatına bənzəyən axın
var. Onlar da istədilər ki, söyüşlü bir şey çəksinlər. Cavanların arasında o
söyüşləri mən də söymüşəm. Qocalar bizi söyürlər. Qoy söysünlər, biz cavab
verməyəcəyik. Çünki bizim cavanların sırasında mən varam. Onların heç biri
cavab verməyəcək. Çünki onların da komandanı mənəm. Böyük deyə bilər, o nə
deyirsə, düz deyir, amma biz də öz işimizdəyik”, – deyə Xalq artisti bildirib.

Qeyd edək ki, “Alatava” serialı İctimai TV-də yayımlanır.

Source link