97ee158a-f3db-4a40-9aa2-cff1fe859e0e..jpg

Samirə Əfəndinin maşınına tüpürən şəxs saxlanıldı

Baxış sayı: 790 dəfə baxılıb.

Samirə Əfəndinin maşınına tüpürən şəxs saxlanıldı

Keçmiş Avroviziya təmsilçimiz Samirə Əfəndinin avtomobilinə hücum edən şəxs
saxlanılıb.

Lent.az-ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları
tərəfindən hadisəni törətməkdə şübhəli bilinən X.Atakişiyev müəyyən edilərək
saxlanılıb.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

X.Atakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq)
maddəsi ilə protokol tərtib edilib. Protokola Nəsimi Rayon Məhkəməsində, hakim
Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilk iclası martın 9-da keçiriləcək.

Xatırladaq ki, müğənni Samirə Əfəndi bir neçə gün bundan öncə öz şəxsi
“Instagram” hesabında maşınına hücum edən şəxs barəsində paylaşım etmişdi:

“Maşınıma tüpürdü, siqaretini atdı, söydü, şəklimi çəkdi. Bu şəxsdən
şikayətçiyəm. Əslində, paylaşmağa utanıram. Çünki izləyicilərimin 70 faizi
əcnəbilərdir. Buna göz yummaq, susmaq olmaz. Artıq bəsdir!”

Source link