4fef55be-b5fd-423b-ad8f-c812663a4017..jpg

Samirə Yusifqızı: “Qızım Xalq artistinin oğlunun evlilik təklifini rədd etdi” – FOTO

Baxış sayı: 628 dəfə baxılıb.

Samirə Yusifqızı: “Qızım Xalq artistinin oğlunun evlilik təklifini rədd etdi”
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dəvəquşu kolluğa girir, başını gizlədir, arxası qalır çöldə. Elə bilir ki,
onu heç kim görmür. Müğənnilərin də əksəriyyəti belədir. Etdikləri əməlləri elə
bilirlər ki, ancaq özləri bilirlər. Tamaşaçıları aldatmaq mümkün deyil. Artıq
hər şey sosial şəbəkədədir, gizlətmək mümkün deyil”.

Bunu “Moderator”a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib.

“Bir də görürsən ki, efirdə kiməsə maşın, ev hədiyyə olunur, gül gətirirlər.
Guya camaat bilmir ki, bunu kim edir? Əlbəttə ki, özləri! Kimi aldadırlar?!
Aparıcılara da reytinq lazımdır. Mənə də belə təkliflər olub, amma imtina
etmişəm. Mən ucuz reklama getmərəm. Məni yetərincə xalq tanıyır və sevir.
Maşının üstünə bantik də bağlayırlar. Hansı axmaq bu gün kiməsə havayı nəsə
verir?! Uzaqbaşı bir ətir verər, 1500 manatlıq qızıl verər. Amma kimsə kiməsə
ev, maşın hədiyyə edər?! Bəsdirin də! Özünüzü kimə göstərirsiniz, ay
meymunlar?! Nə demək istəyirsiniz? Sizin hər tərəfiniz qızıldır?! Mənim elə hər
yerim brilyantdır, amma heç bir kişi indiyə qədər mənə nəsə hədiyyə etməyib!
Çünki heç bir yerimi kiminsə qabağında açıb qoymamışam”, – deyə Samirə
Yusifqızı bəzi həmkarlarına səslənib.

“Boş qalan kimi şayiə yayırlar ki, “Samirə Oqtay Kamillə danışmır, aralarında
soyuqluq var”. Əksinə, münasibətimiz çox əladır, yeni işlər gəlir. Bu şayiələri
yayanları da bilirəm ki, kimlərdir. Kimə nə sərf edir, onu da edir. Məni 10
dəfə “öldürüb dirildiblər”. Əvvəllər əsəbiləşirdim, indi fikir vermirəm.
Yalandan deyirlər ki, sevgilisi var. Allaha and olsun ki, heç kimlə nə
sevgiliyəm, nə də ki, yaşayıram. Neçə ildir ki, kişiləşmişəm, qadınlığı
unutmuşam. Mənə heç nə lazım deyil. Evdə dörd sevgilim var, biri anamdır, biri
oğlum, biri qızım, biri də nəvəm. Ondan da artıq sevgili lazımdır mənə? Kimsə
gəlib məndən istifadə edəcək ki, Samirə toylara gedir, gətirsin yeyib, yatım.
Onun atasının başı haqqı! Mən elə kişini özümə yaxın qoymaram. Normal, ciddi
adam olsa, bəlkə də başqa məsələ! Mən heç bir kişinin ikinci saxladığı qadın
olmaram! Özümə, şəxsiyyətimə hörmət edirəm. O qədər ucuz, aşağı səviyyədə
deyiləm ki, gedib kiminsə yanında oturum ki, mənə nəsə versin! Onun təpəsinə
dəysin! Mənə verdiyi pulla ona paltar tikərəm! Mənim heç kimin puluna ehtiyacım
yoxdur. Həqiqi həyat yoldaşı, qulaq sirdaşı insana yaşlaşanda lazım olur. Amma
alfons ərdənsə elə mənim kimi tək qalmaq yaxşıdır. Kül olsun o qadınların,
müğənnilərin başına ki, yanında pulla kişi saxlayır. Bir meymun alıb saxlayaram
yanımda, heç olmasa bilərəm ki, onunla şəkil çəkdirib, mənə pul verəcəklər”, –
deyə müğənni bildirib.

Samirə Yusifqızı Xalq artisti ilə quda olacağı xəbərlərinə də ilk dəfə
aydınlıq gətirib:

“Bu, yalan xəbər deyildi. Xalq artisti deyəndə ki, guya mən ondan aşağı
səviyyəli adam deyiləm ki! Hər birimiz xalqın artistiyik, o da bizim kimi
insandır, biz də onun kimi. Belə bir söhbət var idi, oğlu da qızıma yazırdı,
gül-çiçək, hədiyyələr göndərirdi. Sadəcə qızım istəmədi, dedi ki, subay
oğlandır, mən ailəli olub ayrılmışam, övladım var. Subay oğlana getməyim düzgün
deyil. Qızım dedi ki, subaydırsa, gedib subay qız alsın. Həm də dedi ki, oğluma
cavan oğlan atalıq edə bilməz, ona bu hisslər yaddır. Uşağına görə qorxdu. Amma
oğlan özü yaxşı uşaq idi, ailəsi də, həmçinin. Həm də qızım bu sənətdə
yeni-yeni addımlayır, dedi ki, təhsil almaq istəyirəm. Buna görə bu izdivac
alınmadı, yox dedik. Əslinə qalsa, mən də istəmərəm ki, şəxsi həyat barədə
söz-söhbətlər yayılsın. Bu mənim şəxsi həyatımdır”.

Source link