93d64e7d-6180-4442-9d63-db1211eb287e..jpg

Samir Əliyev: “Dişimizə” görə rəqiblər seçmişik”

Baxış sayı: 835 dəfə baxılıb.

Samir Əliyev: “Dişimizə” görə rəqiblər seçmişik”

“Antalyadakı təlim-məşq toplanışı üçün “dişimizə” görə rəqiblər seçmişik”.

Bunu “Report”a müsahibəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan
millisinin baş məşqçisi Samir Əliyev martın 20-dən 27-dək Türkiyənin Antalya
şəhərində təşkil ediləcək təlim-məşq toplanışı zamanı yoxlama görüşündə üz-üzə
gələcəkləri rəqibləri dəyərləndirərkən deyib.

Martın 23-də Albaniya, 26-da isə Sloveniya ilə qarşılaşacaqlarını xatırladan
44 yaşlı mütəxəssis rəqib seçiminin səbəbini izah edib:

“Onlar reytinqdə bizdən yüksəkdədirlər. Rəqib seçimi zamanı daha güclü
komandalarla qarşılaşmağa çalışırdıq. Albaniya və Sloveniyanı seçməyimiz
təsadüfi deyil. Hər ikisi seçmə mərhələdəki ilk rəqibimiz olan Serbiyaya
yaxındır. Balkan ölkələri olduğu üçün oyun üslubları bir-birinə çox uyğundur.
Onlarla matçlarda həm oyunçuları nəzərdən keçirəcəyik, həm də taktiki və fiziki
cəhətdən hazırlaşacağıq”.

Əliyev həmin görüşlərin AVRO-2025-in seçmə mərhələsində Serbiya ilə sentyabrın
12-də keçiriləcək ilk matça hazırlıq xarakteri daşıyacağını əlavə edib.

Samir Əliyevin müsahibəsinin tam versiyasını buradan

oxuya bilərsiniz.

Source link