5d081950-076b-4309-8ca8-cad898fb04d9..jpg

Samir Abasov: “Necə qalib gəldiklərini futbolçulardan soruşmaq lazımdır”

Baxış sayı: 412 dəfə baxılıb.

Samir Abasov: “Necə qalib gəldiklərini futbolçulardan soruşmaq lazımdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qələbə futbolçularındır. Necə qalib gəldiklərini onlardan soruşmaq lazımdır”.

“Report”un məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov
“Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXI tur matçından
sonra mətbuat konfransında deyib.

Mütəxəssis tribunalarda yer alan azarkeşlərə təşəkkür edib: “Onların dəstəyi
sayəsində bunlar oldu. Hər kəsi stadiona dəvət edirəm, bundan sonrakı matçlarda
da tribunaları doldurmalarını istəyirik”.

Abasov bu matçın ölkə kubokundakı qarşılaşmanın davamı olduğunu söyləyib:
“Həmin oyunda da sınmadıq, bildirdik ki, buranın yiyəsi bizik. Matçdan əvvəl
futbolçulara demişdim ki, oynayacağınız oyun növbəti görüşlərə təsir edəcək.
Uşaqlar mənə də dedilər ki, narahat olmayın”.

Baş məşqçi futbolçuların matçdan əvvəl ona köynək hədiyyə etdiyini də deyib.

Source link