f2192525-3a3b-4922-9919-8871970f4c6d.jpg

Samir Abasovun “Neftçi” klubu ilə müqaviləsinin detalları bəlli olub

Baxış sayı: 116 dəfə baxılıb.

“Nefçti” klubunun baş məşqçi postuna keçən Samir Abasov “ağ-qaralar”la
ikiillik müqavilə imzalayıb.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, “Neftçi” klubu təcrübəli çalışdırıcının
işindən razı qalacağı təqdirdə 2026-cı ilin yayında kontrakt minimum daha 1 il
uzadılacaq.

Samir Abasov bu gün günorta saatlarında kollektivi ilk məşqə çıxaracaq.

Anar Həsənov

11:11

Samir Abasov “Sumqayıt” klubu ilə yolları ayıraraq “Neftçi”nin sükanı arxasına
keçib.

Cixisyolu.com xəbər verir ki, o, Müşahidə Şurasının üzvləri ilə təcili görüşə
çağırılıb və burada anlaşma əldə olunub.

Qeyd edək ki, Samir Abasov 2020-2022-ci illərdə də “Neftçi” klubunu çalışdırıb
və “ağ-qaralar”la çempionluq yaşayıb.

Source link