Samir Abbasov vərəqə istədi, qovuldu – FOTO

Samir Abbasov vərəqə istədi, qovuldu – FOTO

Baxış sayı: 2. 025 dəfə baxılıb.

Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirilən “Keşlə” – “Sumqayıt” matçında maraqlı hadisə baş verib. 

ÇıxışYolu.Com xəbər verir ki, qonaqların baş məşqçisi Samir Abbasov texniki zonadan qovulub.

Buna səbəb onun 80-ci dəqiqədə baş hakimə sərt şəkildə etirazı olub. Belə ki, meydanın mərkəzindəki kobudluqdan sonra baş hakimdən sarı vərəqə tələb edən Samir Abbasov FİFA referisi Rəhim Həsənov tərəfindən tribunaya göndərilib. Bir müddət meydanı tərk etməyən Abbasov etirazlarını daha çılğın şəkildə edib.

Samir Abbasov vərəqə istədi, qovuldu – FOTO

Samir Abbasov oyundan sonra keçirilən mətbuat konfransında qovulmasından da danışıb:

“Rəqib oyunçuya sarı vərəqə verilməsini tələb edirdim. Rəqib komandanın 6-7 futbolçusu sarı vərəqə limitindədir. Bu oyunda sarı vərəqə alsalar, cavab oyununu buraxmalı olacaqdı. 4-cü hakimdən tələb etdim ki, sarı vərəqə verilsin. Ancaq o məni qovdu. Sanki hakimlərə tapşırıq olub ki, bizi cəzalandırsın. Oyunun əvvəlindən Seymur Rəhimovu və məni cəzalandırmağa çalışırdılar. Dediyim kimi, qovulmağım hakimlərin səhvi idi. Mən heç kimi təhqir etmədim. Sadəcə, qışqıraraq etirazımı bildirdim”.

Qeyd edək ki, görüş “Keşlə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 90+2-ci dəqiqədə Bakı komandasının italyan əsilli paraqvaylı futbolçusu Sesar Mesa Kolyi vurub.  

S.T.
www.ÇıxışYolu.Com