eee7fb29-68b8-43d2-ae19-2d5bc32cbf95..jpg

Samir Əliyev: “Futbolçuları bu matça hazırlamaq çətin oldu”

Baxış sayı: 715 dəfə baxılıb.

Samir Əliyev: “Futbolçuları bu matça hazırlamaq çətin oldu”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 22-də İngiltərə ilə keçirilən oyundan (1:5) sonra futbolçuları bu matça
həm psixoloji, həm də fiziki olaraq hazırlamaq çox çətin oldu.

“Report” xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan
millisinin baş məşqçisi Samir Əliyev Bakıda Ukraynaya 0:3 hesabı ilə
uduzduqları Avropa çempionatının seçmə oyunundan sonra deyib.

Mütəxəssis Ukraynada həmişə güclü oyunçuların yetişdiyini söyləyib:
“Qrupumuzun liderinə qarşı oynayırdıq. Ukrayna futbolu tarixən həmişə öndə
olub. Aşağı yaş qruplarından ibarət yığma komandaları hər zaman Avropa
çempionatlarında iştirak edib və edirlər. Əbəs yerə qrupda bütün oyunlarını
qələbə ilə başa vurmayıblar və təsadüfi deyil ki, birinci pillədə
qərarlaşıblar”.

Əliyev görüş ərzində real qol imkanlarının olduğunu vurğulayıb: “Lakin Nəriman
Axundzadə bundan istifadə edə bilmədi. Hesab 0:2 olanda isə futbolçular dərk
edirdilər ki, geridönüş etmək çətin görünür. Bu vəziyyətdə Xəyal Əliyev və
Rüfət Abbasov kimi daha gənc futbolçuları meydana buraxdıq ki, ən azından
ab-havanı hiss etsinlər”.

Source link