fc9c2744-fdcc-435c-b9f4-ccadd521a61a..jpg

Samir Nuriyev Asiya İnkişaf Bankının departamentinin Baş direktoru ilə görüşüb – FOTO

Baxış sayı: 338 dəfə baxılıb.

Samir Nuriyev Asiya İnkişaf Bankının departamentinin Baş direktoru ilə görüşüb
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev Asiya İnkişaf Bankının
Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov ilə
görüşüb.

Cixisyolu.com xəbər verir ki, görüşdə Azərbaycanla Asiya İnkişaf Bankı arasında
əməkdaşlıq və COP29-a hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb.

Samir Nuriyev bu il Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığının 25
illiyinin tamam olduğunu bildirib və ölkəmizin bu əməkdaşlığı yüksək
qiymətləndirdiyini diqqətə çatdırıb. Prezident Administrasiyasının rəhbəri
ölkəmizdə yaşıl keçid gündəliyinin inkişafı istiqamətində həyata keçirilən
layihələri qeyd edib.

COP29 üzrə Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə CO29-a hazırlıq işlərinə toxunaraq ölkəmizin bu
mötəbər tədbirin yüksək səviyyədə təşkil olunması istiqamətində aparılan işlər
barədə həmsöhbətinə məlumat verib.

Yevgeni Jukov COP29-un ev sahibi seçilməsi münasibətilə Azərbaycanı təbrik
edərək, COP29 sədrliyi tərəfindən qısa müddət ərzində görülən işlərin
təqdirəlayiq olduğunu deyib. O, Asiya İnkişaf Bankının COP29-la bağlı ölkəmizlə
sıx əməkdaşlıq etmək və texniki dəstək göstərmək niyyətində olduğunu bildirib.

Y.Jukov Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, yaşıl keçid sahəsində
qazanılmış nailiyyətlərlə bağlı məmnunluğunu ifadə edib və Asiya İnkişaf
Bankının bu prosesə töhfə verməyə hazır olduğunu vurğulayıb.

Source link