0a1fb1ed-3c61-4547-8320-b1afd879c8b5..jpg

Samir Rzayev: “Azərbaycan hava məkanının beynəlxalq hava daşımalarında tranzit dövlət kimi rolu artıb”

Baxış sayı: 756 dəfə baxılıb.

Samir Rzayev: “Azərbaycan hava məkanının beynəlxalq hava daşımalarında tranzit
dövlət kimi rolu artıb”

“Azərbaycan üzərindən keçən marşrut şəbəkəsinin inkişaf etdirilməsi, onların
səmərəliliyinin və ekoloji təhlükəsizliyinin artırılması sahəsində
“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən görülən daimi
işlər nəticəsində ölkə üzərindən tranzit hava daşımalarında artım mövsümi
aylarda 2,6 dəfə olmaqla, ümumi orta artım tempi 1,3 dəfəyədək çatıb”.

AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev qeyd
edib ki, hazırda ölkənin hava məkanında ay ərzində 12 minə yaxın tranzit uçuş
həyata keçirilib.

“Bu bir daha göstərir ki, Azərbaycanın hava məkanı xarici aviaşirkətlər üçün
daha cəlbedicidir. Eləcə də, Azərbaycan hava hərəkətinin idarə edilməsi və ölkə
ərazisindən tranzit uçuşların planlaşdırılması sahəsində EUROCONTROL ilə
əməkdaşlığı dinamik şəkildə genişləndirir”, – deyə Samir Rzayev vurğulayıb.

Source link