Samsung Galaxy A8-in iki modullu ön kamerası ilə vacib detalları önə çıxarın

Samsung Galaxy A8-in iki modullu ön kamerası ilə vacib detalları önə çıxarın

Baxış sayı: 8. 561 dəfə baxılıb.

Bir müddət öncə ölkəmizin smartfon bazarında da təqdim olunan yeni Galaxy A xəttinin təmsilçiləri günü gündən özlərinə daha çox diqqət cəlb edirlər. 

Premium dizaynlı, IP68 standartına uyğun toza və suya davamlı korpuslu, əla SuperAMOLED displeyli, cəzb edici kameralı və güclü içlikli bu smartfonlar həqiqətən flaqmanları xatırladır. A8 və A8+ smartfonlarının əsas üstünlüyü  iki modullu ön kamerasıdır.

 

Я решила еще немножко поспамить и показать вам насколько может детально снимать портреты фронтальная камера Samsung A8 (листай карусельку🙃) ⠀ Кому показываю все удивляются, 😱что снято было на телефон, да еще и на переднюю камеру (обычно фронталка слабее чем основная камера, но тут все иначе) ⠀ Позади модели был использован софтбокс с постоянным светом с галогенными лампами. Камера сама понимает, что свет контровой ( что источник света позади объекта) и делает снимок контрастным. Мне очень понравился эффект, потому что именно это мне нужно было для того чтобы поверх наложить леттеринг ⠀ А в предыдущем посте, если вдруг он у тебя не высветился, я рассказываю про леттеринг и про то как добавить его на фото с помощью телефона☺️ А видео с обработкой смотри по ссылке у меня в профиле 👆 ⠀ #mərkəzdəSƏN #samsungA8 #samsung @samsungaze #galaxya8

Публикация от Photography✨Design✨Calligraphy (@emma.grunwald)

Bu “ağıllı” telefonlar Samsung şirkətinin təqdim etdiyi ikili selfi kameralı ilk smartfonlarıdır. 16 və 8 MP-lik ön kameraların köməyi ilə çəkilən selfilər telefon ilə çəkilə bilən ən keyfiyyətli fotolar kimi qəbul edilə bilər. 

Qeyd edilən rəsmlər yüksək detalizasiyası, rəng çalarlarının “düzgün” ifadə olunması və təzadlığı ilə seçilir. Kameraların nəyə qadir olduğunu sosial mediada aktiv bir çox uğurlu fotoqraflar təsdiq etmişdir. 

İstedadlı fotoqraf, kalliqraf və dizayner Emma öz bloqunda Samsung A8-in ön kamerasının nə qədər detallı portretlər yarada bildiyini göstərmək qərarına gəlib. 

Bloqer qeyd edir ki: “Alınan portretləri göstərdiyimdə bu şəkillərin telefonla, özüdə ön kamera ilə çəkildiyini öyrənən insanlar çox təəccüblənirlər…”

“Review”da təqdim olunmuş fotoşəkillər halogen lampalı daimi işıq mənbəyi və softbox-dan istifadə olunaraq Galaxy A8-in frontal kamerası ilə çəkilib. 

Fotoqraf deyir ki: “İşıq mənbəyinin obyektin arxasında olduğunu kamera özü başa düşür və çəkiliş zamanı rejimi özü tənzimləyir”. 

Öz portretlərində Emma insanların həm zahiri, həm də daxili gözəlliyini əks etdirməyə çalışır, buna görə də hər şəkilin əsas vurğusu insan özüdür, fon isə kompozisiyaya əlavədir. Samsung Galaxy A8 “Live focus” funksiyası ilə təchiz olunmuş frontal modulu təsvirin əsas hissəsini fondan ayırmağa kömək etdi. “Canlı fokus” sayəsində siz yayılma effektini tənzimləyərək, selfilərinizdə həqiqətən vacib detalları vurğulaya bilərsiniz. 

Qeyd etmək lazımdır ki, Galaxy A8 sözü gedən funksiyanın həm çəkim zamanı, həm də hazır şəkillərdə tətbiq olunmasını dəstəkləyir.

Samsung Galaxy A8 smartfonunun frontal kamerasına həsr olunmuş “review”lar ilə @emma.grunwald bloqunda tanış olmaq olar, Galaxy A xəttinin smartfonları haqqında əlavə məlumatı isə Baku Electronics, Irshad Telecom, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.

www.ÇıxışYolu.Com