6f5122a0-2eb5-406b-a925-4623757bad92.webp

“Samsunspor” – “Fənərbağça” oyunu bərabərliklə bitdi

Baxış sayı: 204 dəfə baxılıb.

Türkiyənin Trendyol Süper Liqasının 9-cu turunda “Samsunspor” və “Fənərbağça”
üz-üzə gəlib.

Cixisyolu.com xəbər verir ki, Samsunun “19 Mayıs” stadionunda keçirilən görüşü
Muhammet Ali Meteoğlu idarə edib, VAR-ın kürsüsündə isə Atilla Karaoğlan
əyləşib.

Matçın ilk hissəsi qolsuz başa çatıb. İkinci hissədə isə hər iki komanda fəal
oyun nümayiş etdirib. 54-cü dəqiqədə Dusan Tadiç “Fənərbağça”nı önə keçirib.
“Samsunspor” 49-cu dəqiqədə Karlo Holsenin qolu ilə hesabı bərabərləşdirib.
Ancaq çox keçmədən 62-ci dəqiqədə Allan Saint-Maximin rəqib qapısından ikinci
topu keçirdi və “Fənərbağça” yenidən atdığı qolla önə keçib – 2:1.

Matçın sonlarına doğru isə təcrübəli yarımmüdafiəçi Soner Aydoğdu 88-ci
dəqiqədə “Samsunspor”u xilas edib və oyun 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu görüşdən əvvəl “Samsunspor” 18, “Fənərbağça” isə 16 xala
malik idi. Heç-heçə nəticəsindən sonra “Samsunspor” xalını 19-a, “Fənərbağça”
isə 17-yə yüksəldib.

Source link