Samuxda qətl hadisəsi törədilib.
ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kolayır kəndində baş verib.
1981-ci il təvəllüdlü, əvvəllər məhkumluğu olan kənd sakini Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb.
Bədən xəsarətləri alan qadın hadisə yerində ölüb.Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin üç övladı var.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.