9e197bbb-217d-4f15-8543-43c7efb7d895..jpg

Samuxda ana və oğlunun bıçaqlanmasının TƏFƏRRÜATI – YENİLƏNİB

Baxış sayı: 398 dəfə baxılıb.

Samuxda ana və oğlunun bıçaqlanmasının TƏFƏRRÜATI – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samuxda baş verən insident zamanı 4 nəfər bıçaqlanıb, hadisəni törədən şəxs
özünə də xəsarət yetirib.

APA-nın məlumatına görə, 1960-cı il təvəllüdlü Xaliq Zaman oğlu Həsənov və
1982-ci il təvəllüdlü Fədail Vaqif oğlu Quliyev da bıçaq xəsarətləri alıb.

İlkin məlumata görə, hadisə qonuşlar arasında şəxsi münaqişə zəmnində baş
verib. Hadisəni 1982-ci il təvəllüdlü Fədail Vaqif oğlu Quliyevin törətdiyi
bildirilir. O, daha sonra özünədə xəsarət yetirib.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.

18:36

Samux rayon Çobanabdallı kədində ana və oğlu bıçaq xəsarətləri alıblar.

“Report”un məlumatına görə, mübahisə zəminində bıçaq xəsarətləri alan 2001-ci
il təvəllüdlü Ayxan Nəbiyev və onun anası 1980-ci il təvəllüdlü A.Nəbiyeva
xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs döyülərək müxtəlif
bədən xəsarətləri alıb və həmin şəxs də xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link