Samuxda gözətçini güllələyən şəxs hakim qarşısına çıxarılır

Samuxda gözətçini güllələyən şəxs hakim qarşısına çıxarılır

Baxış sayı: 1. 913 dəfə baxılıb.

Samuxda gözətçini güllələyən şəxs hakim qarşısına çıxarılır

Samuxda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Adil Beybudovun cinayət işi üzrə məhkəmə başlayır. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun icraatında araşdırılacaq. 

Qeyd edək ki, hadisə bu il mayın 15-də Samux rayonunun Qarabağlar kəndi ərazisində baş verib. Həmin ərazidə kənd sakinlərinə məxsus əkin sahəsində artezian quyusuna nəzarət edən Elsevər Qurbanovun olduğu gözətçi otağına gələn Adil Beybudov ov tüfəngindən bir neçə dəfə otaq istiqamətində atəş açıb. Qırmalardan biri E.Qurbanovla birgə otaqda olan Çobanabdallı kənd sakini, əvvəllər məhkum olunmuş Elsevər Kazımovun boyun nahiyəsinə dəydiyindən o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Behbudov saxlanılaraq istintaqa təhvil verilib.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!