Samux rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Tatlı kəndinin yaxınlığında olub.
Goranboy sakini idarə etdiyi “Mercedes” markalı 22-BJ-656 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb, sonra isə kanala düşüb.
Sürücü hadisə yerində ölüb.
Qeyd edək ki, ölən şəxs Goranboy rayonu Baxçakürd kənd bələdiyyə sədridir.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
Nazir Quliyev