3e6d679f-8816-4639-98f4-088a249110ff..jpg

Samuxda narkokuryer ələ keçdi – FOTO

Baxış sayı: 473 dəfə baxılıb.

Samuxda narkokuryer ələ keçdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Samux rayonu ərazisinə
gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində
çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, Quba rayon sakini Azad
Rəsulov Samux rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni
pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və
rayonlarına aparmağa razılaşıb.

Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əlindəki çantadan ümumi
çəkisi 11 kiloqrama yaxın olan marixuana, heroin və metamfetamin kimi müxtəlif
növ narkotik vasitələr aşkar olunaraq götürülüb. Qeyd edək ki, Şöbə
əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində ümumilikdə 18 fakt üzrə 13 kiloqrama yaxın müxtəlif növ
narkotik vasitə dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Source link