Sanksiya siyahısına düşən Rusiya təşkilatlarının sayı 400-ü ötdü

Sanksiya siyahısına düşən Rusiya təşkilatlarının sayı 400-ü ötdü

Baxış sayı: 2. 406 dəfə baxılıb.

ABŞ Maliyyə nazirliyinin cümə günü elan etdiyi yenilənmiş sanksiyalar siyahısına düşən Rusiyanın hüquqi şəxslərinin sayı 400-ü ötüb.

ÇıxışYolu.Com “İnterfaks”a istinadən xəbər verir ki, buna qədər “qara siyahı”da Rusiyaya aid yalnız 388 təşkilat və müəssisənin adları sadalanırdı.

Cümə günü yenilənmiş siyahıda hüquqi şəxslərin sayı 401-ə çatıb.

“Specially Designated Nationals List” adlı siyahıya eyni zamanda 24 Rusiyalı fiziki şəxsin adları əlavə edilib. Nəticədə sanksiyaya düşən Rusiya vətəndaşlarının sayı 179 nəfərə çatıb.

.
www.ÇıxışYolu.Com