Rusiyanın Sankt-Peterburq şəhərində başından güllə yarası almış cəsəd aşkar olunub.
ÇıxışYolu.Com Letnews.ru-ya istinadən xəbər verir ki, başından bir neçə güllə yarası almış şəxs 31 yaşlı Füzuli Q. adlı Azərbaycan vətəndaşıdır.
Hadisədə şübhəli bilinən digər azərbaycanlı – 46 yaşlı Mahir M. axtarışa verilib.
Onun silahlı olduğu deyilir.