Sankt-Peterburqda sərnişin avtobusunun çaya düşməsi nəticəsində ölənlərin sayı
artdı – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sankt-Peterburqda suya düşən avtobusda olan 15 sərnişindən dördü dünyasını
dəyişib, daha dördü isə kliniki ölüm vəziyyətindədir.
Məlumata görə, qəza törədən avtobusun sürücüsü saxlanılıb.
15:30
Sankt-Peterburqda Moyka çayının sahilində avtobus iki minik maşını ilə
toqquşub. Toqquşmadan sonra salonunda 20 sərnişin olan ictimai nəqliyyat
vasitəsi çaya düşüb.
Məlumata görə, insident nəticəsində, bir nəfərin ölüb, xeyli sayda yaralanan
var.
Hadisə yerində xilasetmə işləri gedir.
Hazırda dalğıclar suda axtarış-xilasetmə işlərini davam etdirirlər.
Mənbə: RİA Novosti
Mənbə: İz.ru