Rusiya Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburqda terror aktının qarşısını alıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Bu gün FTX-nin yerli idarəsinin əməkdaşları Mərkəzi Asiya sakinini saxlayıblar. İdarənin məlumatına görə, həmin şəxs nəqliyyat infrastrukturuna aid obyektlərə və insanların çox olduğu digər ictimai yerlərə hücumlar törətməyi planlaşdırırmış.
Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmır.