7bb912cb-434d-4dd0-ae75-11cdc176a08f..jpg

Sankt-Peterburqda yaşayan erməni OMON əməkdaşını güllələyib – FOTO/VİDEO

Baxış sayı: 930 dəfə baxılıb.

Sankt-Peterburqda yaşayan erməni OMON əməkdaşını güllələyib – FOTO/VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində əslən erməni olan Özbəkistan
vətəndaşı OMON əməkdaşını güllələyib.

Hadisəni törədən şəxsin terror aktı planlaşdırdığı bildirilir.

50 yaşlı Tiqran Xaçikyan əlində iki silah və iki “Molotov kokteyli” ilə
“Sadovaya” metrostansiyasına gəlib. Biraz getdikdən sonra o, səsgücləndirici
kolonkanı çıxarıb, yüksək səslə musiqi qoyub və ona yaxınlaşan Rusiya
Qvardiyası əməkdaşlarına qaçmalarını deyib.

OMON onu saxlamağa çalışıb, lakin həmin şəxs ov tüfəngini çıxarıb və bir neçə
dəfə atəş açıb.

Xəsarət alan OMON əməkdaşında qarın, bel aşağı nahiyəsi və çanaq hissədən
çoxsaylı açıq yaralar aşkarlanıb. O hazırda əməliyyat olunur.


Source link