56f2cc9e-17af-4273-b444-ea1ce3c7b8c0.webp

Şantajda ittiham olunan sayt rəhbəri HƏBS EDİLDİ

Baxış sayı: 252 dəfə baxılıb.

“Qerar.az” saytının baş redaktoru həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, onun ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul
tələb etməsi barədə daxil olan məlumatlar əsasında Daxili İşlər Nazirliyinin
(DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılıb.

Sayt rəhbəri Kamal Qurbanov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən,
rüsvayedici məlumatlar dərc edəcəyi ilə hədələyərək müxtəlif məbləğlərdə pul
tələb etməkdə şübhəli bilinir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb,
K.Qurbanov cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri
seçilib.

Cinayət işi üzrə istintaq davam edir.

Source link