İspaniyanın “Vilyareal” klubu İngiltərənin “Arsenal” komandasının futbolçusu Santi Kasorlanı heyətinə qatıb.
ÇıxışYolu.Com xəbər verir ki, artıq 33 yaşlı mərkəz yarımmüdafiəçisi ilə müqavilə imzalanıb. Sözləşmənin detalları hələlik bəlli deyil.
Qeyd edək ki, Santi Kasorla 2012-ci ildən “Arsenal”da çıxış edib. O elə bu kluba 10 milyon funt sterlinq qarşılığında “Vilyareal”dan keçib. O, London klubunda 129 Premyer Liqa matçına çıxıb və 25 qola imza atıb. Futbolçu 2016-cı ilin oktyabrında Çempionlar Liqasının “Ludoqorets”lə matçında dabanından ağır zədə alıb və bir daha “topçular”da forma geyinə bilməyib.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com