7cf78323-ef8d-47ab-8076-09f94395848d..jpg

Santuş Polşa millisini çalışdıracaq

Baxış sayı: 936 dəfə baxılıb.

Santuş Polşa millisini çalışdıracaq

Fernandu Santuş Polşa millisinin baş məşqçisi təyin olunub.

Polşa Futbol Assosiasiyası (PZPN) Portuqaliya millisinin sabiq çalışdırıcısını
bu gün təqdim edib.

“Santuş Avro və Millətlər Liqasını qazanıb, böyük futbolçularla, dünya futbol
ulduzları ilə çalışıb, bu çox dəyərlidir.

İnanıram ki, yeni baş məşqçi komandaya və bütün Polşa futboluna çox yaxşı
şeylər gətirəcək. Hazırda bir nömrəli məqsəd 2024-cü il Avropa çempionatının
final turnirinə çıxmaqdır və biz ilk növbədə buna diqqət yetiririk”, – PZPN
rəhbəri Sezar Kuleşa bildirib.

Qeyd edək ki, Santuş 8 il Portuqaliya millisini çalışdırıb və DÇ-2022-dən
sonra postunu tərk edib. O, həm də “Porto”, “Sportinq”, “Benfika” və Yunanıstan
millisi ilə işləyib.

68 yaşlı portuqaliyalı Polşa millisində Çeslav Mixneviçi əvəzləyib.

Mənbə: sports.ru

Source link