Saqqızdan idman ayaqqabısı hazırlandı – VİDEO

Saqqızdan idman ayaqqabısı hazırlandı – VİDEO

Baxış sayı: 3. 093 dəfə baxılıb.

Niderlandda  “Gumshoe Amsterdam” adlı dünyanın saqqız altlığı olan ilk idman ayaqqabısı təqdim olunub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Life.ru” məlumat yayıb.

Ayaqqabı Amsterdamın küçələrindən toplanan tullantıların təkrar istehsalı yolu ilə hazırlanıb.

Layihə “Iamsterdam” marketinq şirkətinin “beyin məhsuludur”. Layihədə məqsəd yerli ictimaiyyətin şəhərin çirklənməsi ilə bağlı məlumatlılığını artırmaqdır. Ətraf mühitin qorunması üzrə fəallar küçələrdən saqqızları toplayaraq, onları idman ayaqqabısının istehsalçısı olan “Explicit” şirkətinə təhvil verib.

Alt hissəsi preslənmiş saqqızdan olan idman ayaqqabısının yaxın zamanda satışa çıxarılacağı bildirilir.

Statistikaya görə, Amsterdam küçələrindən hər il 1,5 milyon kiloqrama yaxın saqqız toplanır. Ekoloqlar əmin edir ki, saqqızın parçalanması kifayət qədər uzun müddət, orta hesabla 20-25 il çəkir.

.
www.ÇıxışYolu.Com