Sara Mahmudpur bu dəfə “Sənə qurban”ı oxudu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Güney Azərbaycanın “Nabat” qrupu sözləri Mikayıl Müşfiqin, musiqisi isə
Ələkbər Tağıyevin olan məşhur Azərbaycan mahnısı “Sənə qurban”ı səsləndirib.
Bu barədə məlumatı və ifanın görüntülərini qrupun solisti Sara Mahmudpur öz
“Instagram” hesabında paylaşıb.
İfa sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, qrup əsas olaraq Azərbaycan mahnılarını səsləndirir.