Saratovda avtomobili ilə avtobus dayanacağına çırpılan sürücü yol polislərinə qəribə açıqlama verib.
O iddia edib ki, avtomilin sükanı arxasında özü deyil, köpəyi oturubmuş.
Yol polisi sürücünün sərxoş oldugunu müəyyənləşdirib. Yaralı sürücü xəstəxanaya yerləşdirilib.
Qəza törətməkdə “ittiham olunan” köpək barədə isə məlumat verilmir.