f0728da4-c088-4ce9-bc1c-18af5c969efd..jpg

Saray-Novxanı yolunda ağır qəza: Minik və yük avtomobilləri toqquşdular – YENİLƏNİB

Baxış sayı: 919 dəfə baxılıb.

Saray-Novxanı yolunda ağır qəza: Minik və yük avtomobilləri toqquşdular –
YENİLƏNİB

Saray qəsəbəsində minik və yük avtomobilləri toqquşub, ölən var.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Abşeron rayonunun Saray
qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici
köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq
xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı
minik avtomobili və “İveco” markalı yük avtomobili toqquşub, 1 nəfər minik
avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən
çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

18:03

Saray-Novxanı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Cixisyolu.com xəbər verir ki, “Mercedes-Benz” markalı minik avtomobili “KamAZ”
markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilinə ciddi
ziyan dəyib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Source link