e23f6b02-c408-4709-9da2-980ae15d4893..jpg

Sarayda mikroavtobusla yük avtomobili toqquşub – VİDEO

Baxış sayı: 357 dəfə baxılıb.

Sarayda mikroavtobusla yük avtomobili toqquşub – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu,
Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın
avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Cixisyolu.com-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə
Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford
Transit” markalı mikroavtobus ilə “İsuzu” markalı yük avtomobilinin toqquşması
nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və “Ford Transit” markalı
mikroavtobusun sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı
vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin – 2009-cu il
təvəllüdlü Rasim Ramin oğlu Orucovu xilas edərək təcili tibbi yardım
briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Source link