Sarı dənizdə iki gəmi toqquşub: Ölənlər var

Sarı dənizdə iki gəmi toqquşub: Ölənlər var

Baxış sayı: 2. 596 dəfə baxılıb.

Sarı dənizdə iki gəminin toqquşması nəticəsində üç nəfər ölüb, daha üç nəfər itkin düşüb.

ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının sahil mühafizəsi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün gecə baş verib. Tanzaniya bayrağı altında üzən 500 tonluq gəmi Memuldo adasından 10 kilometr şimal-qərbdə Cənubi Koreyanın 15 tonluq balıqçı gəmisi ilə toqquşub.

Ölkənin dəniz polisi insanların axtarışı üçün 17 kater, habelə digər gəmilərə xilas əməliyyatı üçün hadisə yerinin yaxınlığından siqnal göndərib.

Axtarış-xilasetmə işləri davam etdirilir.

www.ÇıxışYolu.Com