Ermənistanın hakim koalisiyası ölkənin Britaniyadakı səfiri Armen Sarkisyanın prezidentliyə namizədliyini irəli sürüb.
ÇıxışYolu.Com “RİA Novosti”-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Ara Babloyan bəyanat verib.
“Ermənistan Respublika partiyası və Erməni Daşnaksütun inqilab federasiyasının fraksiyalarının 65 deputatının yazılı müraciətinə əsasən, Armen Sarkisyanın prezidentliyə namizədliyi irəli sürüldü” –deyə bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, prezidentliyə namizədliklə bağlı müzakirələr martın 1-də yerli vaxtla 10:30-da başlayacaq.