Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Türkiyə protokollarının denonsasiyası barədə məlumat verib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Erkir Media telekanalına Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib.
“Ermənistan prezidentinin iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının iclası zamanı Serj Sarkisyan Ermənistan-Türkiyə protokollarının ləğvi barədə bəyan verdi”, – Akopyan deyib.
Xatırladaq ki, Ermənistan və Türkiyə XİN başçıları 2009-cu ilin oktyabrın 10-da “Diplomatik Əlaqələrin Qurulması Protokolu” və “İkitərəfli münasibətlərin inkişafı Protokolu”nu imzalayıblar.