Sarkisyan mitinqlərdən danışdı: Nə olacağını bilmirəm

Sarkisyan mitinqlərdən danışdı: Nə olacağını bilmirəm

Baxış sayı: 2. 750 dəfə baxılıb.

Hadisələrin necə inkişaf edəcəyini demək çətindir. 

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Ermənistanın yeni seçilmiş baş naziri Serj Sarkisyan erməni telekanalına müsahibəsi zamanı Yerevandakı aksiyaları şərh edərkən deyib. 

“Çox təəssüf ki, biz bir dəfə bu çətin yolu keçmişik. Əgər ikinci dəfə keçmək istəyirlərsə, mən nə deyə bilərəm?”, – Sarkisyan deyib.

O əlavə edib ki, Ermənistan hökuməti və təhlükəsizlik orqanları keçmiş hadisələrin təkrarlanmaması üçün hər şey edəcəklər. 

Onun sözlərinə görə, ona aksiyaların məqsədi müəyyən qədər aydındır: onlar baş nazirin seçiləcəyi parlament iclasına müdaxilə etmək istəyirdilər. Ancaq iclas baş tutdu. 

“Onlar indi nəyə nail olurlar? Bu binaya gəlib, idarə etmək istəyirlər? Tutaq ki, buna nail oldular. Onları kim tanıyacaq? Onlar qanuni və legitim hökumət olacaqlar? Serj Sarkisyan xalqı qıcıqlandıran qeyri-legitim, onlar isə insanları sakitləşdirən legitim hakimiyyət olacaq?”, – Sarkisyan bildirib. 

Əli Məmmədov 
www.ÇıxışYolu.Com