Ermənistanın eks-prezidenti və hakim Respublika Partiyasının sədri, sabiq baş nazir Serj Sarkisyan partiyasının iclasında partiyaya sədrliyə Karen Karapetyanın namizədliyini irəli sürüb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “İnterfax” Respublika Partiyasındakı mənbəyə istinadla məlumat verib.
“Sarkisyan Respublika Partiyasına sədr kimi Karapetyanın namizədliyini təklif edib”, – mənbə deyib.
O qeyd edib ki, partiyanın iclası səhər saat 5:00-a kimi davam edib.
12:48
Ermənistanın hakim Respublika Partiyası yeni sədr seçəcək.
ÇıxışYolu.Com TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Ermənistanın üçüncü prezidenti, partiya sədri Serj Sarkisyanın baş nazir vəzifələrini müvəqqəti icra edən Karen Karapetyan və digər fraksiya deputatları ilə görüşündən sonra qərar verilib.
“Görüş zamanı Respublika Partiyasının sədrinin dəyişdirilməsi barədə müzakirələrin başlanması ilə bağlı qərar verilib.
Bundan başqa, sabiq prezident Serj Sarkisyan aprelin 23-də elan etdiyi istefasının səbəblərini açıqlayıb”, – Respublika Partiyasının mətbuat xidmətindən bildirilib.
“Görüşdə partiyanın ilkin şərtsiz danışıqlara hazır olduğu bildirilib”, – məlumatda qeyd edilib.