Sarkisyan Sarkisyanın işini davam etdirməyə söz verdi

Sarkisyan Sarkisyanın işini davam etdirməyə söz verdi

Baxış sayı: 6. 057 dəfə baxılıb.

Ermənistan lideri Serj Sarkisyan öz iqamətgahında Milli Şura tərəfindən prezident postuna təyin olunmuş Armen Sarkisyanı qəbul edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Sputnik” erməni dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Ermənistan konstitusiyasının tələblərinə əsasən Sarkisyan eyni soyadlı sələfinin prezident səlahiyyətlərinin başa çatdığı gündə vəzifəyə gələcək (aprelin 9-u).

Hazırki prezident Sarkisyana öz işində müvəffəqiyyət arzulayıb, qarşıdakı illərin Ermənistan üçün uğurlu olacağına ümidvar olduğunu bildirib

“Ermənistanın Avrasiya iqtisadi ittifaqına üzvlüyü, Avropa İttifaqı ilə Ermənistan arasında bağlanmış razılaşmaların genişləndiriləsi və daha dərin münasibətlər, yeni beynəlxalq strukturlarda iştirak, ümumilikdə pozitiv iqtisadi dəyişikliklər gələcəyə inamla baxmağa əsas verir. Ermənistan prezidenti olaraq xidmət göstərəcəyim qarşıdakı 7 ilin Ermənistanda, aktiv iş illəri olacağına nikbinliklə inanıram.” deyə Sarkisyan bildirib.

.
www.ÇıxışYolu.Com