Sarkisyanın anası onun istefası günü ölüb

Sarkisyanın anası onun istefası günü ölüb

Baxış sayı: 2. 229 dəfə baxılıb.

Serj Sarkisyanın Ermənistanın baş naziri vəzifəsindən istefa verməsinin səbəblərindən biri anasının həmin gün ölməsi ola bilər. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

“Serj Sarkisyana anasının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verirəm. Bildiyimə görə, onun istefa səbəblərindən biri də budur”.

Daha əvvəl “Armenpress” xəbər verirdi ki, Nora Sarkisyan “Nairi” tibb mərkəzində illik müalicə profilaktikası kursu keçib.

Aprelin 22-də “Hraparak” qəzetinin xəbərinə görə, Sarkisyanın anasının vəziyyəti ağırlaşıb. Qəzet qeyd edir ki, Nora Sarkisyan vətəndaşların narazılığını nəzərə alaraq oğlunun baş nazir vəzifəsinə namizədliyini irəli sürmək ideyasını dəstəkləməyib.

Nora Sarkisyanın ölümünü təsdiq edən rəsmi məlumat yoxdur.

www.ÇıxışYolu.Com