Ermənistanın dövlət təhlükəsizlik xidmətinin əməliyyatçıları ölkənin Dövlət mühafizə xidmətinin keçmiş birinci katibi general-mayor Vaçaqan Kazaryanı həbs edib.
ÇıxışYolu.Com Ermənistan KİV-nə istinadən xəbər verir ki, Kazaryan keçmiş prezident Serj Sarkisyanın hakimiyyəti zamanı “sürücü Vaço” adı ilə tanınıb və Sarkisyanın ən yaxın silahdaşlarından olub.
Məlumata görə, Sarkisyan rejiminin korrupsiya sxemlərinə məhz bu şəxs nəzarət edib.
Qeyd edək ki, Kazaryan gəlirləri ilə bağlı bəyannamədə yalan məlumatlar verməkdə və qanunsuz yolla varlanmada şübhəli bilinir. Onun Yerevanda yerləşən “Yans” restoran kompleksində axtarış zamanı, 1,1 milyon dollar, 230,5 min avro və 36 milyon dram pul aşkarlanıb.