Sarkisyanın qardaşı oğlunda narkotik və oğurlanmış rəsm əsərləri aşkarlanıb

Baxış sayı: 2. 002 dəfə baxılıb.

Sarkisyanın qardaşı oğlunda narkotik və oğurlanmış rəsm əsərləri aşkarlanıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları operativ əməliyyat və axtarış tədbirləri zamanı ölkənin sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyana məxsus mənzildə silah, narkotik və oğurlanmış rəsm əsərləri aşkarlayıb.    

ÇıxışYolu.Com  “RİA Novosti”yə istinadən xəbər verir kİ, əməliyyat Narek Sarkisyanın mənzilində narkotik vasitələrin və silahların saxlanılması barədə operativ məlumatın əsasında keçirilib.  

“Kokain, metamfetamin, biri səsboğucu ilə olmaqla 4 tapança, patronlar aşkarlanıb”, – məlumatda bildirilir.

Daha öncə Serj Sarkisyanın qardaşı oğlunun mənzilinə baxış zamanı həmçinin 115 min dollar, 27 min avro, bahalı saatlar, qızıl pullar və zinət əşyaları götürülüb. Qeyd olunanların qanuni yolla əldə olunub-olunmaması araşdırılır.

Rəsm əsərləri ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi qaldırılıb, Sarkisyan axtarışa verilib.

www.ÇıxışYolu.Com