ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşları Aleksandr və Levon barəsində araşdırmalara başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, “Jamanak” qəzetinin məlumatına görə, müstəntiqlər Ermənistan və ABŞ-da biznesmenlərin fəaliyyətindən zərər çəkən insanları dindirirlər.
FTB-nin araşdırmalarının diqqət mərkəzində Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan da var. Xaçatryan vəzifədə olduğu müddətdə bir çox biznesmenin əmlakını müsadirə edib və onların müflis olmasına səbəb olub.