Sarkisyanlar altı milyonluq fırıldaqda ittiham olunurlar

Baxış sayı: 2. 284 dəfə baxılıb.

Sarkisyanlar altı milyonluq fırıldaqda ittiham olunurlar

Ermənistan Xüsusi İstintaq Komitəsi iyunun 29-da Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyana və onun qızı Ani ilə oğlu Narekə qarşı başlanan cinayət işini icraata qəbul edib.

ÇıxışYolu.Com bununla bağlı erməni KİV-ə istinadla məlumat yayıb. 

Məlumatda bildirilib ki, “Ci el Ci layihə şirkəti” Səhmdar Cəmiyyətinin səhmdarı Narek Sarkisyanın evində aparılan axtarış zamanı Ermənistan banklarından birinə 6,8 milyon dollar yatırılması ilə bağlı razılaşma aşkar edilib. Yatırılma 2017-ci ilin III rübündə həyata keçirilib. 

Araşdırmalar zamanı Levon və qızının bu məlumatı gizlətdiyi məlum olub. Onlara qarşı gəlirin gizlədilməsi ittihamı irəli sürülüb.

Hüquq-mühafizə orqanları Levon, Narek və Ani Sarkiyanların şəhərdən çıxışına qadağa qoyub.

Samir İsayev
www.ÇıxışYolu.Com