2ad63b72-e3b4-482e-ab85-218ed770fad8..jpg

Şarl Mişel: “Aİ Ermənistan və Azərbaycan arasında danışıqlarda vasitəçilik səylərini davam etdirəcək”

Baxış sayı: 620 dəfə baxılıb.

Şarl Mişel: “Aİ Ermənistan və Azərbaycan arasında danışıqlarda vasitəçilik
səylərini davam etdirəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında danışıqlarda vasitəçilik
səylərini davam etdirəcək”.

Bu sözləri Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ-nin Brüsseldəki sammitindən
sonra keçirilən mətbuat konfransında deyib.

Şarl Mişel Aİ sammitində Avropa liderlərinin Cənubi Qafqazdakı vəziyyətlə
bağlı fikir mübadiləsi apardığını və Avropa İttifaqının vasitəçilik rolunu
davam etdirmək niyyətində olduğu bildirib.

“Biz Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Biz ərazi bütövlüyü və
suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında
normallaşmaya nail olmaq üçün Aİ-nin vasitəçilik səylərini təşviq etmək
niyyətindəyik”, – deyə o qeyd edib.

Avropa Şurasının rəhbəri həmçinin Aİ ölkələri liderlərinin Brüsselin
vasitəçilik səyləri ilə bağlı eyni fikirdə olduqlarını vurğulayıb.

Mənbə: Erməni KİV

Source link