Sarqsyan diplomatik pasportdan məhrum edildi

Baxış sayı: 2. 800 dəfə baxılıb.

Sarqsyan diplomatik pasportdan məhrum edildi

Ermənistanda diplomatik pasportlardan məhrum edilən 254 vətəndaşın adı açıqlanıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, siyahını “Qraparak” qəzeti dərc edib.

Diplomatik pasportlardan məhrum edilənlərin arasında Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryan və Serj Sarqsyan, eləcə də onların ailə üzvləri də var.

R. Koçaryanın həyat yoldaşı Bella Koçaryan, oğulları Sedrak və Levon, sonuncunun həyat yoldaşı müğənni Siruşo, həmçinin qızı Qayane də diplomatik pasportsuz qalıb.

Qəzetin məlumatına əsasən, Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan da diplomatik pasportdan məhrum edilib.

Siyahıda Sarqsyanın da ailə üzvlərinin adları var. Onun həyat yoldaşı  Rita Sarqsyan və qızları, həmçinin qardaşı Aleksandr Sarqsyan da siyahıya düşüb.

Bundan əlavə sabiq xarici işlər naziri Edvard Nalbandyan, “Taşir Qrupp” şirkətinin rəhbəri Samvel Karapetyan, sabiq müdafiə naziri Seyran Ohanyan və iş adamı Qaqik Çarukyanda diplomatik pasportsuz qalıb.

www.ÇıxışYolu.Com